Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu
ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricaninin universitetdən uzaqlaşdırıldığını təsdiqləyib.
Adalet.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Universitet rəhbərliyinin açıqlamasına görə, qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.
Fatimə Laricani əvvəllər Emori Universitetinin Hematologiya və Tibbi Onkologiya kafedrasında dosent vəzifəsində çalışıb. Onunla bağlı məlumatlar artıq universitetin internet səhifəsindən silinib.
Universitet onun işdən çıxarılmasının ötən həftə ABŞ tərəfindən atası Əli Laricaniyə tətbiq olunan sanksiyalarla əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.
Digər Xəbərlər
25 Yanvar 2026 14:15
Rusiya Ukraynanın itkilərini yenilədi
25 Yanvar 2026 13:58
ABŞ “Tomahawk” raketlərini modernləşdirir
25 Yanvar 2026 09:43
Fransa hökumətində dəyişikliklərin edilməsi gözlənilir
25 Yanvar 2026 09:22
Suriya kürdlərlə atəşkəsi 15 gün uzatdı
25 Yanvar 2026 09:15
Ukrayna NATO ilə Rusiya arasında "bufer zona" olmalıdır - Orban
25 Yanvar 2026 09:02
Türkiyədə nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi
25 Yanvar 2026 09:00
ABŞ Venesueladakı əməliyyat zamanı gizli silahdan istifadə edib
25 Yanvar 2026 08:59


Bakı -°C

