ABŞ “Tomahawk” raketlərini modernləşdirir
ABŞ Hərbi Dəniz Qüvvələri “Tomahawk” qanadlı raketlərinin modernləşdirilməsi proqramının genişləndirildiyini elan edib və bu məqsədlə Raytheon şirkəti ilə 380,8 milyon dollar dəyərində müqavilə imzalayıb.
Adalet.az xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb.
Razılaşma çərçivəsində görüləcək işlər 2029-cu ilin aprel ayınadək davam edəcək. Müqavilə aşağıdakı istiqamətləri əhatə edir:
- raketlərin yenidən sertifikatlaşdırılması;
- texniki modernləşdirmə;
- ehtiyat hissələrinin və xüsusi avadanlıqların tədarükü;
- raket komplekslərinin gələcək istismarına dəstək.
Həmçinin müqavilə dəyişdirilə bilən hissə və modulların istifadəsini nəzərdə tutur ki, bu da lazım gəldikdə raketlərin döyüş qabiliyyətini sürətli şəkildə bərpa etməyə imkan verir.
Modernləşdirmənin məqsədi “Tomahawk” raketlərinin xidmət müddətini görüləcək işlər başa çatdıqdan sonra ən azı üç il uzatmaq və onları ABŞ Hərbi Dəniz Qüvvələrinin uzaqmənzilli zərbələr üçün əsas vasitələrindən biri kimi saxlamaqdır.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

