Elşad İskəndərov Zaqatalaya gedir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyunun 15-də, saat 14:00-da Zaqatala şəhərində, Rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcək.
Qəbulda Zaqatala ilə yanaşı Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Digər Xəbərlər

Mehriban Vəliyeva: “Məsud Pezeşkianın səfəri İran-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”

Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb

Kəmaləddin Heydərov İordaniyaya səfər etdi - VİDEO

Siyasi partiyalar azad Laçında - YENİLƏNİB + FOTOLAR

Ceyhun Bayramovla Stiven Dauti arasında telefon danışığı olub

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

XİN: Avropa Şurası komissarının qərəzli bəyanatını qətiyyətlə rədd edirik
