Elxan Şahinoğlu: "Saxta mina xəritələrindən insanlar ölür, danışıqlara ciddi zərbə dəyir"
Xəbər verdiyimiz kimi, bu günlərdə Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edildi.
Mövzu ilə bağlı siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Adalet.az saytına danışıb. O bildirib ki, Ermənistan növbəti dəfə basdırılan mina sahələrinə dair yalan məlumat verməsi əslində gözlənilən idi:" Çünki bundan əvvəlki illərdə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair verilmiş məlumatlar dəqiq deyildi. Ermənistan hər dəfə olduğu kimi bu dəfə də dəqiq mina xəritələri verməməsilə danışıqlar prosesinə ciddi zərbələr vurmuş olur. Bir tərəfdən dünyaya təbliğ edirlər ki, sülhə nail olmaq istəyirik, amma saxta mina xəritələri təqdim etməklə iki ölkə arasındakı mülayimləşməyə doğru gedən münasibətləri təhlükə altına alırlar.
Təsəvvür edin ki, son 3 ildə saxta xəritələrə görə yüzlərlə Azərbaycan vətəndaşı mina partlamasında faciəli şəkildə həlak olub. Bu əlbəttə ki beynəlxalq hüquqada ziddir. Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın sərgilədiyi siyasətdən belə anlaşılır ki, o saxta xəritələr verməklə danışıqların uzanmasında maraqlıdırlar.
Mütləq Azərbaycan tərəfi Ermənistanın bu əməli ilə bağlı beynəlxalq təşkilatlara məlumat verməlidirlər".
Qeyd edək ki, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C


