Türkiyə-İran yaxınlaşması... - Elxan Şükürlü yazır
ABŞ-İsrail ittifaqının Türkiyə və İran arasında nifaq salmaq, məzhəbçi düşüncəni yenidən coğrafiyamıza daşımaq və körükləməklə bu iki müsəlman ölkəni üz-üzə gətirmək cəhdləri alınmır.
Şübhəsiz ki, bu işdə həm Türkiyə, həm də İran rəhbərliyinin soyuqqanlı davranışları və kritik məqamlarda bir-birini qoruyacaq açıqlamaları çox önəmli rol oynayır.
Diqqət yetirin: sonuncu dəfə NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçirilən sammiti zamanı ABŞ prezidenti Tramp elan etmişdi ki, guya, Türkiyə İrana qarşı əməliyyatlarda ABŞ-İsrail ittifaqına kömək edib. İsrail və Qərb mediası dərhal bu fikrin daha geniş auditoriyada yayılmasına, sosial şəbəklərdə nifaqsalıcı tərzdə müzakirəsinə başlamışdı. Azərbaycan da bu təfriqəçi fikrin daha çox tirajlandığı və saxta səhifələrlə, profillərlə ictimai rəyin məqsədli yönləndirildiyi ölkələr sırasındaydı...
Ancaq bugünlərdə İranın xarici işlər naziri Abbas Arakçının açıqladığı bircə fakt Türkiyə ilə İranı üz-üzə gətirməyə, bu iki ölkə arasında yeni bir “Çaldıran savaşı” salmağa çalışanların arzularını anındaca puça çıxardı. Arakçı elan etdi ki, ABŞ və İsrailin silahlı kürdlərin əliylə İranı parçalamaq planlarının qarşısının alınmasında Türkiyə mühüm rol oynayıb!
Paralel şəkildə, İran silahlı qüvvələrinin hazırda İraqdakı silahlı kürd qruplaşmalarına qarşı keçirdiyi əməliyyatlara Türkiyə kəşfiyyatının böyük informasiya dəstəyi verdiyi haqda da iddialar yayılıb.
Beləliklə, NATO-nun Türkiyədəki sammitinin ardınca başlanan “Türkiyə İrana qarşı yeni əməliyyatlarda ABŞ-la birgə hərəkət edəcək” tezisinin ictimai rəyə təsiri getdikcə zəifləyir, əvəzində isə “Türkiyə İranla birgə hərəkət edir” düşüncəsi ön plana keçir.
Hazırda Türkiyədə Qərbçi düşüncənin əsas siyasi dayağı olan CHP-də baş verənlər də bir daha təsdiqləyir ki, Ərdoğan komandasının strategiyasında Türkiyənin gələcəyi NATO ilə birgə təsəvvür edilmir və uyğun alternativ formalaşan kimi, Türkiyə bu blokdan uzaqlaşacaq. Çünki Türkiyəyə ən böyük təhdid məhz NATO üzvü olan ölkələrdir.
Müasir Türkiyənin xarici siyasət kursunun müəyyənləşməsində və həyata keçməsində prezident Ərdoğanla bərabər müstəsna rol oynayan, əksər analitiklərin "Ərdoğanın siyasi varisləri" kimi nəzərdən keçirdikləri digər iki mühüm fiqurun – İbrahim Kalın və Hakan Fidanın fəaliyyətləri də təsiqləyir ki, onlar Türkiyənin İranla birgə addımlamasının Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsinə, eləcə də bütövlükdə İslam dünyasının yenidən dirçəlişinə böyük təkan verəcəyi qənaətindədilər.
Türkiyə və İranın ənənəvi məzhəbçi yanaşmanı bir kənara ataraq, strateji coğrafiyalarda ümumi düşmənə qarşı ortaq hərəkət strategiyaları seçmələri təkcə bu iki ölkəyə yox, elə Azərbaycana da olan əsas təhdidləri neytrallaşdırmaq gücündədir.
Digər Xəbərlər
23 Iyul 2026 13:32
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi
23 Iyul 2026 12:33
İlham Əliyev Misir Prezidentini təbrik etdi
23 Iyul 2026 10:15
“Putin Ukrayna ilə atəşkəsə razı deyilsə, tərəflər Bakıda hansı mövzunu...”
23 Iyul 2026 10:15
“Ermənistan tədricən Rusiyadan uzaqlaşır...”
23 Iyul 2026 10:15
“Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla...”
22 Iyul 2026 20:24
Dünya mediası Prezidentin Almaniya səfərindən yazır - FOTOLAR
22 Iyul 2026 19:38
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi haqqında Saziş imzaladı - FOTOLAR
22 Iyul 2026 17:28


Bakı -°C

