“Embawood” qüsurlu malı geri qaytarmaqdan imtina edib

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.
Bu barədə Adalet.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən olunub.
Qeyd edək ki, ötən ayın əvvəllərində də Agentlik eyni nöqsana görə “Embawood” şirkətinin barəsində inzibati xəta protokolunun tərtib edildiyini bildirmişdi.
Digər Xəbərlər

Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür

AKTUAL GÜNDƏM: 5 il ərzində Azərbaycanda mühüm dəyişiklik olacaq - VİDEO

Ötən ay dövlət sərhədini pozan 20 əcnəbi saxlanılıb

Ordumuz döyüş atışları icra etdi - VİDEO

Prezident rəsmi açılışda iştirak edib - YENİLƏNİB

Rusiyanın öz başına hördüyü “Hörümçək toru”...

“Qərbi Azərbaycan”a xoş gəlmisiniz"-Simonyan erməniləri qəzəbləndirdi
