Əməkdar artist: “Bu bizim üçün bir mesajdır”
Əməkdar artist Dilarə Əliyeva kino sənətinin bu günündən söz açıb.
Adalet.az xəbər verir ki, o, həmkarlarını daha diqqətcil olmağa çağırıb:
“Bizim korifey sənətkarlarımız var ki, biz onların dəyərin bilməliyik. Çox istedadlı sənətkarlarımız dünyaya vida deyirlər. Bu bizim üçün bir mesajdır. Biz – sənət adamları bu gün Azərbaycan kinosunun olanına, olmuşuna və olacağına sahib çıxmalıyıq. Çünki itirə- itirə gəlirik. Daha böyük itgilər yaşamadan korifey sənətkarlarımızın qiymətini bilməliyik. Onları yüksək səviyyədə dəyərləndirməliyik. Çünki onlar kinomuzun varlığı üçün çox şey ediblər. Ən əsası öz ömürlərini bu sənətə fəda ediblər”.
Əntiqə


Bakı -°C

