Əməkdar artist: “Əlimdən alınmış mülkim geri qaytarılsa...”
“Onurğa sütunumdan ağır əməliyyat keçirdikdən sonra yaxşı deyiləm. Yataq xəstəsi olmuşam, evdən bayıra çıxa bilmirəm. Prezident mükafatını da üç il aldım və onu da kəsdilər. Buna görə Babar xanım Muradovaya müraciət etdim. Bahar xanım dedi ki, bizim təşkilata və Mədəniyyət Nazirliyinə məktub göndərin. Mən də məktubda problemlərimi yazıb göndərmişəm”
Bunu Adalet.az-a açıqlamasında Əməkdar artist Ədilə Əflaki deyib. Müğənni illərdir mənzillə də təmin edilmədiyini bildirib:
“Əlimdən alınmış mülkim geri qaytarılsa, özüm dolanardım. Məktubda hər şeyi ətraflı mədəniyyət nazirinə yazmışam. Azərbaycanda mənfi imic formalaşdıran məmurlar bu özbaşınalığı ediblər. Yeni mədəniyyət nazirimiz Adil Kərimliyə çox emid edirəm. Çünki hamı onu tərifləyir. Ömrümüzün axırıdır, heç olmasa mənə kömək eləsinlər. Oğlum da ikinci qrup əlildir. Rəhmətlik Ramiz Əzizbəyli demişkən bəlkə ölməyimi gözləyirlər”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51
"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov
08 Aprel 2026 10:38
Qalalar şəhəri olan tarixi Bitlis – FOTOLAR
06 Aprel 2026 16:59
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
06 Aprel 2026 10:58
"Hamlet"- Lənətlənmiş taxt-tac - Adilə Səfərova yazır
06 Aprel 2026 10:56
Azərbaycan özünəməxsus bilgi mədəniyyəti modelini formalaşdırır
03 Aprel 2026 11:36


Bakı -°C

