Əməkdar artist: “Maşın sürməkdən qorxuram”
Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Adalet.az xəbər verir ki, daha çox maşın sürməkdən qorxduğunu etiraf edib:
“Demək olar ki, heç bir ev işi görmürəm. Hətta saçımı daramağa vaxtım yoxdur. Mən ancaq aktrisa kimi, aparıcı kimi işimlə məşğul oluram. Marketə getmirəm, mətbəxə girmirəm, ev işləri görmürəm. Maşını isə sürücü idarə edir. Heç vaxt maşın sürmək arzum olmayıb. Həm buna səbrim də yoxdur. Ən əsası isə maşın sürməkdən qorxuram. Bəlkə də ona görə mənə maraqlı deyil”.
Əntiqə


Bakı -°C

