Əməkdar artist: “Mən söz danışım, o uçub-getsin havaya…”
Əməkdar artist Dilarə Əliyeva proqramların birində qonaq olarkən toya aparıcı kimi getməməsinin səbəbini açıqlayıb.
Adalet.az bildirir ki, o, sözə böyük dəyər verdiyini və söz onun üçün bir nemət olduğunu vurğulayıb:
“Mənim qarşımda yemək-içmək olduğu halda mütləq mənada daha çox yeməyə üstünlük verəcəyəm, diqqətim orada olacaq. Söz özü də ayrılıqda nemətdir. İki neməti bir araya sığışdırmaq olmaz. Cüneyt Arkının bu yaxınlarda bir müsahibəsi keçdi əlimə. Deyir ki, mənim atam həyatda hər şeyə öz dəyərini verən adam idi. Musiqi ilə yeməyi eyni vaxtda etməzdi. Söyləyirdi ki, yeməyi ayrıca yeyim, musiqiyə də ayrıca qulaq asım, bu iki ləzzəti bir-birinə qarışdırmayım. Mən də o iki neməti bir-birinə qarışdıra bilmərəm. Mən söz danışım, o uçub-getsin havaya, kimsə orada dana basdırma yesin, kofe içsin. Heç bir maddiyyət mənim üçün sözdən o yana deyil”.
Əntiqə
Digər Xəbərlər
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

