Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən çıxarıldı - VİDEO

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Adalet.az Oxu.az-a istinadən xəbər verir ki, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.
Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.
Digər Xəbərlər

"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"

"Qaz xətti məktəbin yaxınlığındadır, uşaqlar soyuqda dərs keçir" - Deputat

Bu şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlər tətbiq edilir

4,5 min qeydiyyatsız radioelektron vasitə aşkar edilib

SN-də İşçi qrupun növbəti iclası keçirilib - FOTOLAR

Ötən il 51 şəxs Azərbaycana ekstradisiya edilib

"Müdafiə qabiliyyətinin gücləndirilməsi prioritet xərclər sırasında birinci olub" - Baş nazir
