Emin Əmrullayev beynəlxalq tədbirdə çıxış edib
Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistanın Daşkənd şəhərində “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib.
Nazirlikdən Adalet.az-a bildirilib ki, Emin Əmrullayev çıxışında ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verib. O, ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masada ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, forumda, həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.
Digər Xəbərlər
13 Mart 2026 12:40
"Bu, 50 minə yaxın müəllimin ixtisarı riskini yaradır" - Vitse-spiker
13 Mart 2026 09:25
Onlar direktor müavini təyin edildilər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42


Bakı -°C

