Emin Əmrullayev Füzulidə bilik günündə iştirak etdi

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.
Adalet.az xəbər verir ki, mərasimə elm və təhsil naziri Emin Əmrullayev də qatılıb.
Bundan başqa, işğaldan azad edilən Füzuli şəhərində ilk tədris ilinin açılışında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, nazirliyinin digər əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, müəllimlər, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri iştirak ediblər.
Digər Xəbərlər
 29 Oktyabr 2025 15:39
 29 Oktyabr 2025 15:39 Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
 28 Oktyabr 2025 15:57
 28 Oktyabr 2025 15:57 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO
 28 Oktyabr 2025 12:17
 28 Oktyabr 2025 12:17 Şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq
 27 Oktyabr 2025 15:23
 27 Oktyabr 2025 15:23 

 Bakı -°C
 Bakı -°C 










