Emindən açıqlama: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək
Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Bakı yaxınlığındakı Nardaran ərazisində yerləşən “Sea Breeze” şəhərciyində Avropanın ən böyük kazinosu inşa olunacaq.
Ağalarov bu barədə özünün rəsmi “Instagram” səhifəsində paylaşım edərək bildirib:
“Bu sahədə böyük planlarımız var. Sizinlə vizualizasiyalarımızı və qlobal ideyalarımızı bölüşürəm. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”.
Müğənni eyni zamanda 90.000 kvadratmetrlik sahəni əhatə edəcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb. Kadrlarda klassik Avropa memarlığı üslubunda hazırlanan nəhəng kompleksin görüntüləri əks olunub.
Layihə başa çatdıqdan sonra “Sea Breeze” yalnız kurort və istirahət mərkəzi deyil, həm də regionun əsas əyləncə və oyun biznesi mərkəzinə çevrilə bilər.
Xatırladaq ki, Emin Ağalarov son illər ərzində “Sea Breeze” brendi altında Nardaranda genişmiqyaslı şəhərcik və istirahət mərkəzi inşa etdirir. Yeni kazino layihəsi isə bu konsepsiyanın daha da genişləndirilməsi baxımından növbəti böyük addım kimi qiymətləndirilir.
Digər Xəbərlər
15 Aprel 2026 10:52
Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
14 Aprel 2026 10:51
Azərbaycanda dollarlaşma azalır
14 Aprel 2026 10:38
Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
14 Aprel 2026 10:10
Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdirib – Millət vəkili
13 Aprel 2026 17:02
Ötən il aktivlər və kredit portfelləri üzrə təmərküzləşmə azalıb
13 Aprel 2026 12:44
"Palatanın hesabatında performans auditlərinin əhatə və sayı zəifdir" - Deputat
13 Aprel 2026 12:29
"Bir müddətdən sonra orda olan yeyintilər 100 milyona çatır" - Deputat
13 Aprel 2026 12:13


Bakı -°C

