27 Avqust 2024 15:01
110
ANALİZ

Əminə Ağazadə seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadənin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Kürdəmir rayonunun Muğanlı kənd sakinləri ilə baş tutub.

Qeyd edək ki, Muğanlı kəndi bundan əvvəl digər seçki dairəsində aid olduğuna görə bu görüş kənd sakinləri ilə Əminə Ağazadənin ilk görüşü idi.

Əminə xanım VI çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən, bu illər ərzində rayon əhalisini narahat edən problemləri ilə bağlı gördüyü işlər haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri ilə görüşdə Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. 

Səmimi şəraitdə keçən görüşdə kənd əhalisi  yaşadıqları kəndin uzun illər həllini gözləyən problemləri haqqında danışıb, Əminə xanıma öz etimadlarını bildirərək gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.