Folkner Heminquey haqqında nə demişdi... - Etibar Əliyev yazır

Uilyam Folkner 1949-cu ildə, Ernest Heminquey isə 1954-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Birincisi atdan yıxılması səbəbindən, ikincisi isə özünü güllələyərək intihar səbəbindən dünyasını dəyişib.
1957-ci ildə Folknerə Miçiqan Universitetində tələbələrlə görüşdə "Heminquey haqqında hansı fikirdəsiniz?" sualı verilib.
Folkner bu suala böyük uzaqgörənliklə cavablandırıb: "Bu adam yazıçı olmaq üçün zəruri olan bütövlüyə malikdir. Heminquey ona yazmaq imkanı verən bir metodu çox erkən mənimsəyib və bir dəqiqə də olsun ondan imtina etməyib, bu metod onu təmin edib, ondan çox asanlıqla yararlanıb. Gələcəkdə, bəlkə də, yaxşı yazacaq. Mənə elə gəlir ki, onun sonuncu kitabı-"Qoca və dəniz" ən uğurlu əsərdi; məhz ona görə ki, əvvəllər tapmadığı bir şeyi - Allahı burda tapıb.
Bu vaxta qədər onun qəhrəmanları vakkumda fəaliyyət göstərirdilər, onların keçmişi yox idi, amma "Qoca və dəniz"də o, birdən-birə, gözlənilmədən Allahı tapdı. O əsərdə iri bir balıq var-Allah tutulmaq üçün iri bir balıq yaradıb, onu tutmalı olan qocanı da, o balığı yeməli olan akulanı da Allah yaradıb və Allah onların hamısını sevir; əgər Heminquey bununla kifayətlənməsə, daha yaxşı şeylər yazacaq-buna isə heç də hər yazıçı ümid edə bilməz. Çoxları faciəvi dərəcədə çox erkən tükənirlər və buna görə də onların həyatı başdan - ayağa işgəncəyə çevrilir. Fitceraldın və Şervurd Andersonun aqibəti də belə oldu."
Cəmi 4 ildən sonra Heminquey untihar etdi...
Zəruri qeyd: İndi sən gəl, Əkrəm Əylisliyə Anar barədə sual ver…Yaxud əksinə…
Digər Xəbərlər
29 Oktyabr 2025 10:38 “Dini insanlara sevdirən cəhənnəmin var olması inancıdır”
28 Oktyabr 2025 12:13 Rəvanın otağı – susan divarların danışdığı qəhrəmanlıq dastanı
27 Oktyabr 2025 08:44 Zəka Vilayətoğlu – Yaradıcılığın Yeni Zirvəsində
25 Oktyabr 2025 13:42 Sərhat Kabaklı imzası, şeirləri və şeirlərin pozitiv aurası
24 Oktyabr 2025 10:13 "Kremlin hazırladığı kompleks plan üzrə hərəkət artıq başlayıb"
23 Oktyabr 2025 10:10 Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü gördü
23 Oktyabr 2025 09:46 Əbülfət Mədətoğlu: GÜN KEÇDİ
22 Oktyabr 2025 16:46 

Bakı -°C 








