adalet.az header logo
  • Bakı -°C
08 Noyabr 2026 13:26
73
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Zəfər BAYRAĞI

Bu payız ömrümün Baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ!- əbədi vüqarı oldu -
Sildi Azərbaycan  gözünün yaşın!..

Yazıldı  adına müjdəli  tarix-
Səksəndi bu yurdun kövrək səhəri!
Çıxartdı əynindən işğal köynəyin -
Xanın kəndi oldu ZƏFƏR  şəhəri!

Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!

Qürur bələndikcə Vətən büsbütün ,
Coşan  ürəyim  də  dalğa yarırdı...
Bayraq da yerinə qayıtdığıyçün -
Sonsuz fəxarətlə dalğalanırdı!!!