XRİTDX-nin rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbərliyi Zəfər parkını ziyarət edib.
Adalet.az xəbər verir ki, ziyarət zamanı Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər abidəsi önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin edib, Azərbaycan xalqının qürur və iftixar mənbəyinə çevrilib.
XRİTDX-nin şəxsi heyəti Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutur, qazilərimizə ehtiramını bildirir və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasını mühüm vəzifə hesab edir.


Bakı -°C

