Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Adalet.az xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Digər Xəbərlər
08 Noyabr 2026 13:28
XRİTDX-nin rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
08 Noyabr 2026 13:20
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət etdi
08 Noyabr 2026 12:41
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” - VİDEO
08 Noyabr 2026 12:32


Bakı -°C

