adalet.az header logo
  • Bakı -°C
20 Iyul 2026 12:23
120
ŞOU-BİZNES
A- A+

Əminə Şirin: “Mən hardasa səhv etmişəm ki, onun cavabını alıram”

Əminə Şirin bu dəfə də övlad- valideyn münasibətindən söz açıb.

Adalet.az xəbər verir ki, ifaçı heç zaman övladını özünə borclu bilmədiyini söyləyib:

“Övladın valideynə deyil, valideynin övladına  borcu var. Əgər övladım mənə  baxacaqsa, nə  xoş mənim halıma. Ancaq baxmayacaqsa, mən telyimlə barışan adamam. Demək ki, mən hardasa səhv etmişəm ki, onun cavabını alıram.  Bu dünyada hər şey zəncirvaridir. Günəş yer kürəsini isidir, amma özünü isitmir. Ağac bar verir, amma öz meyvəsindən yemir.  Valideyn övlada halallıq verdiyi kimi, övlad da valideynə halallıq verməlidir. Halallaşmaq insanlıq halıdır axı”.

Əntiqə