“Epşteyn işi”nə görə intihara cəhd etdi
Avropa Şurasının keçmiş Baş katibi və Norveçin eks-baş naziri Torbyorn Yaqland intihara cəhd edib.
Adalet.az “Faytuks Network” portalına istinadən xəbər verir ki, adı məşhur “Epşteyn işi”ndə hallanan siyasətçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Yaqlandın adı milyarder Ceffri Epşteynlə olan sıx əlaqələri üzə çıxdıqdan sonra ciddi korrupsiya qalmaqalının mərkəzinə düşüb. Araşdırmalar zamanı məlum olub ki, o, Epşteynin Nyu-York və Floridadakı mülklərində qalıb, həmçinin özünün və ailə üzvlərinin bütün xərcləri Epşteyn tərəfindən ödənilib. Bundan əlavə, Yaqlandın Epşteynin xüsusi adasına səfər etdiyi də sənədlərlə təsdiqlənib.
Hazırda “böyük korrupsiya” ittihamı ilə üzləşən 75 yaşlı siyasətçi günahı sübuta yetiriləcəyi təqdirdə 10 ilə qədər həbs cəzası ala bilər.
Xatırladaq ki, Torbyorn Yaqland 1996-1997-ci illərdə Norveçin Baş naziri, 2009-2019-cu illərdə isə Avropa Şurasının Baş katibi vəzifələrində çalışıb. O, həmçinin Nobel Sülh Mükafatı Komitəsinin üzvü kimi də fəaliyyət göstərib.
Digər Xəbərlər
24 Fevral 2026 20:06
Umerov Ankarada Hakan Fidanla görüşdü
24 Fevral 2026 19:20
Zelenski 4 ildir yaşadığı bunkeri GÖSTƏRDİ - VİDEO
24 Fevral 2026 18:50
İranda bəzi universitetlər distant təhsilə keçdilər
24 Fevral 2026 18:05
İrana ölümcül güc tətbiq edə bilərik - Ağ Ev
24 Fevral 2026 17:55
İki qaz kəmərinin partladılması cəhdi barədə məlumatlıyıq - Putin
24 Fevral 2026 15:26
Mirzoyan Türklə sülh prosesini müzakirə etdi
24 Fevral 2026 15:14
"Kiyevə nüvə bombası köçürmək planları beynəlxalq hüququ pozur" - Peskov
24 Fevral 2026 14:06


Bakı -°C

