Əraqçi atəşkəsə görə bu ölkəyə təşəkkür etdi
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə münaqişədə əldə olunan atəşkəs razılaşmasına görə Pakistan rəsmilərinə təşəkkür edib.
Adalet.az “Tasnim”ə istinasdən xəbər verir ki, Abbas Əraqçi Ali Milli Təhlükəsizlik Şurası adından bildirib:
“Əziz qardaşım, Pakistanın hörmətli Baş naziri cənab Şahbaz Şərifə və Pakistan Ordusunun hörmətli komandanı cənab Feldmarşal Asim Munirə bölgədəki müharibəyə son qoymaq üçün yorulmaz səylərinə görə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Pakistan Baş naziri Şahbaz Şərif ABŞ-nin 15 bəndlik təklifləri üzrə danışıqlar aparmaq istəyini İrana, Tehranın isə 10 bəndlik təkliflərini Vaşinqtona çatdırıb. Tərəflər bu əsasda danışıqlar üçün atəşkəsə razılaşıblar.
Digər Xəbərlər
13 Aprel 2026 20:00
Aya uçanlar market menecerindən də az maaş alır
13 Aprel 2026 19:46
Keçmiş prezident təqaüdündən narazıdır - "Kifayət etmir"
13 Aprel 2026 19:38
Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər
13 Aprel 2026 19:28


Bakı -°C

