Zelenski SÜLH TƏKLİFİ ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 Mayla bağlı atəşkəs təklifinə cavab verib.
Adalet.az-ın xəbərinə görə, Zelenski “Telegram” kanalında yazıb ki, ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə qurmağı və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb.
“Gəlin konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıraq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey haqqında söhbət gedir?”, - Ukrayna lideri qeyd edib.
O bildirib ki, Ukrayna sülhə can atır və bu müharibənin faktiki olaraq başa çatması üçün lazımi diplomatik işi təmin edir.
“Təklifimiz atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir”, - Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna bunun üçün istənilən layiqli və səmərəli formatda çalışmağa hazırdır.
Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır.
Digər Xəbərlər
30 Aprel 2026 12:27
Makron Gümrüdə konsertə qatılacaq
30 Aprel 2026 11:31
Putin Trampla danışdı: Atəşkəs elan etməyə hazırdır
30 Aprel 2026 10:22
Tramp Netanyahuya ÇAĞIRIŞ ETDİ
30 Aprel 2026 09:56
“Ukraynanın yenidən qurulması prosesi yeni əməkdaşlıq sahələri açır”
30 Aprel 2026 09:35
Hörmüzün adı "Tramp Boğazı" olacaq?
29 Aprel 2026 19:42
Heqset: ABŞ müdafiə-sənaye bazasını hərbi vəziyyətə keçirmək niyyətindədir
29 Aprel 2026 19:30
ABŞ İranla müharibəyə sərf etdiyi vəsait açıqlandı
29 Aprel 2026 19:14


Bakı -°C

