The Wall Street Journal-ın yazdıqlarına görə, Donald Tramp artıq İrana qarşı yeni hücum təşkil etməyə deyil, daha çox iqtisadiyat və dəniz yolları vasitədiylə təyziq etməyə üstünlük verəcək.
Nəşr qeyd edir ki, Ağ Ev İran münaqişəsindən tezlkklə yaxasını qurtarmaq üçün kütləvi bombardımandan tutmuş münaqişədən tezliklə qurtulmaq yollarına qədər bir neçə ssenari hazırlayıb.
Trampın məsləhətçiləri kütləvi blmbalsmaq variantının çox təhlükəli ola biləcəyini, vəziyyəti daha dərinləşdirə biləcəyini, başqa dövlətləridə münaqişəyə qoşmaqla böyük müharibəyə səbəb ola biləcəyini düşünürlər.
Digər variantlar isə, Vaşinqtonun İranın nüvə proqramından əl çəkməsinə məcbur edilməsi üçün yetəli deyil. Nəticədə belə razılığa gəlinib ki, yavaş-yavaş, lakin metodiki qaydada, Hörmüz boğazınından gəmilərini buraxmsmaqla, İran limanlarını uzun müddət blokadada saxlamaq, maliyyə transkasiyasını bloklamaqla liqtisadiyatın çökdürmək. ABŞ-ln maliyyə nazirliyi artıq bu məsələ üzrə "əməliyyatlara" başlayıb. Birləşmiş Ştatlsr İran kriptovalyutalarını bloklayıb, gizli bsnk sistemini çökdürüb, silah alışı mənbələrini bağlayıb.
Trampın spzlərinə gprə, artıq İranın neft istehsalı infrastrukturları, obyektləri, anbarları tamamiə dağıfıldlğı üçün neft quyularında tezliklə partlsylşlar baş verəcək.
Görünən odur ki, ABŞ və İran arasında danışıqlar baş tutmamasından sonra, Donald Tramp münaqişənin siyasi ağrılı və daha çox maliyə apardığını nəzərə alaraq, yenidən müharibənin qaynar nöqtəsinə baş vurmaq istəmir, yəni yeni hücumları, iqtisadi hücumlarlaəvəz etməyin daha effektli olacağını düşünür.
İran etiraf etməsə də, iqtisadi vəziyyətinin heç dı yaxşı olmadığı göz qabağındadır. Neft quyularını dayandıtmaq olmaz, nefti sağlamaq üçün isə anbarlar çatmır. Pakistanın açdığı bir neçə quru yol variantıda kömək eləmir. İranın hazırda minlərlə konteyneri Karaçidə yığılıb qalıb, Xəzər dənizi marşurutuda işə yaramır, çünki neftin daşınması üçün normal dəmir yolu xəttidə yoxdur.
Tramp administrasiyasının iqtisadi blokada planı İranın büdcəsinə ciddi zərbə vurmaqdadır. İranın neft ixracı faktiki olaraq dayanıb. Bu fonda ölkədaxili sitasi vəziyyətdə gərginləşməkdədir. Hakimiyyət tədricənm molla rejimindən İslam inqilabı keşikçiləri korpusunun əlinə keçir.
Siyasi vəziyyətin gərginləşdiyi bir vəziyyətdə strateji qərarların qəbul edilməsinə vaxt ayrıla bilmir. ABŞ bu regionda dayanmadan hərbi gücünü artırır və təyziqini gücləndirir.
Bu təyziqlərin qarşısında demək olar ki, Tehranın manevr etmək imkanları qalmır. Güman etmək olar ki, İran tezliklə nüvə proqramı üzrə ABŞ-la razılığa gəlmək məcburiyyətində qalacaq.


Bakı -°C
