adalet.az header logo
  • Bakı -°C

NATO parçalana bilərmi? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
111 | 2026-07-15 13:51
A- A+

NATO-nun bu günlərdə Ankarada keçirilən sammitinin nəticələri iştirakşılar tərəfindən ümumən yüksək qiymətləndirilib.  Avropa liderləri NATO-nu parçalamaq niyyətini gizlətməyən ABŞ prezidenti Donald Trampın qəzəbindən xilas ola biliblər.

 "Foreign Policy" jurnalı yazır ki, "baxmayaraq ki, alyanasa üzv dovlətlər xərclərin bölünməsi məsələsində razılığa gəliblər, lakin bəzi fundamental məsələlərdə üzv dövlətlərin bir neçəsi  arasında fikir ayrılığıda müşahidə olunur".

 Jurnalın yaydığı materialda qeyd olunur ki, NATO-nun baş katibi Mark Ryuttenin vaxtında müdafiə xərclərini artırılıb. Bu Vaçinqtonun Avropa qarçısında öhdəliklərini saxlamağa xidmət edir və amerikan istehsalı məhsullarına üstünlük verilməsi isə, Avropa müdafiə sənayesinin inkişafına zərbə vurur.

 Kanadanın baş naziri Mark Karni  güman edir ki, NATO-nun qeyri amerikalı üzvləri öz müdafiə potensiallarını gücləndirməlidirlər. Bu, təkcə ABŞ-ın təhlükəsizlik imkanlarının zəifləməsindən sığortalanmaq üçün deyil, həm də Vaşinqtondan asılığın azadılması üçün lazımdır.

Baxmayaraq ki, avropalı liderlər hərbi xərclərin artırılmasının vacibliyi ilə razılaşırlar, onların arasında əks fikirdə olanlarda var.  Məsələn, Litva prezidenti Qitanas Nauseda, bu gedişlə NATO-nun parçalanacağının cücərtilərini gördüyünü bəyan edib. Onun fikirincə, ölkələrin bir çoxu hərbi xərclərin artırılmasına tab gətirə bilməyəcəklər və alyans üç yerə parçalanaq.

 Əslində, Ankara sammiti göstərdi ki,  bəzi imkansız dövlətlərin NATO-nun parçalana biləcəyi ilə bağlı təşvişə düşməsinə heç bir əsas yoxdur. 

Məlum məsələdir ki, Şimalı Atlantika bloku yarandığı gündən xərclərinin böyük bir hissəsi  ABŞ-ın payına düşüb. İndi hazırda dünyanın qarışıq bir dövründə, Donald Tramp bəzi hədə-qorxuları ilə, həm Avropanı təyziq altında saxlamağa, həm də özünün hərbi sənaye potensialını inkişaf etdirməklə əhəmiyyətini qaldırmağa çalışır. 

 Kp. ru saytının materiallarından istifadə olunub
 

TƏQVİM / ARXİV