adalet.az header logo
  • Bakı -°C
01 Sentyabr 2026 11:08
55
AVTOMABİL
A- A+

Honda və Nissan əməkdaşlıq edəcək

Yaponiyanın avtomobil istehsalçıları Honda və Nissan gələcək nəsil avtomobillərdə istifadə olunacaq elektron sistemlərin və proqram təminatının hazırlanması istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlər proqram təminatı ilə idarə olunan avtomobillər üçün əsas elektron idarəetmə bloklarını (ECU) və müvafiq proqram təminatını birgə hazırlamağı planlaşdırır.

Razılaşmaya əsasən, birgə hazırlanacaq texnoloji arxitekturanın 2029-cu maliyyə ilindən etibarən şirkətlərin növbəti nəsil avtomobillərində tətbiqinə başlanması nəzərdə tutulur.

Əməkdaşlığın əsas məqsədləri arasında avtomobillərin proqram təminatı imkanlarını genişləndirmək, qabaqcıl sürücüyə yardım funksiyalarını inkişaf etdirmək, həmçinin yeni texnologiyaların hazırlanması zamanı xərcləri və müddəti azaltmaq yer alır. 

Şirkətlər həmçinin əsas elektron idarəetmə blokları ilə yanaşı, əməliyyat sistemləri, middleware və avtomobilin idarəetmə proqram təminatının müəyyən hissələri üzrə ümumi texniki standartlar formalaşdırmağı planlaşdırırlar.