Əraqçi səudiyyəli həmkarı ilə müzakirə apardı
Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.
Adalet.az xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.
Məlumata görə, telefon danışığında son regional hadisələr və diplomatik proseslər müzakirə edilib.
"Söhbət zamanı A. Əraqçi regiondakı cari vəziyyətin müxtəlif aspektlərini, xüsusilə də atəşkəslə bağlı hadisələri izah edərək Tehranın müharibənin dayandırılmasına və gərginliyin azaldılmasına yönəlmiş son səyləri və diplomatik addımları barədə səudiyyəli həmkarına məlumat verib", - məlumatda vurğulanıb.


Bakı -°C

