"Ərazilərdən imtina edib sülh bağlayan şəxs öldürüləcək" -Kuleba

"Respublikanın ərazilərindən imtina edərək sülh bağlayan istənilən şəxs öldürüləcək".
Adalet.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba "1+1" teleaparıcısı Natalya Moseyçuka müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın komandası Ukraynanın NATO-ya üzvlüyünü təxirə salmaq qərarına gələrkən “danışıq səhvinə” yol verib. Beləliklə, Vaşinqton Moskvadan güzəşt əldə etmək imkanını itirib və bu, Kiyevə baha başa gələcək.
Sabiq nazirin qeyd etdiyi kimi, buna baxmayaraq, Ukraynanın alyansa qoşulmasından imtina edən sənədi imzalayan şəxs “fiziki və siyasi cəhətdən” sağ qala biləcək.
"Torpaqdan imtina etmək üçün müqavilə imzalayan şəxs isə ya öldürüləcək, ya da siyasətdən uzaqlaşdırılacaq", - deyə Kuleba bildirib.
Digər Xəbərlər

Tramp Putinlə telefonla danışdı

Aİ missiyası sərhəddən nə vaxt gedəcək? - Mirzoyan AÇIQLADI

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan
