23 Iyun 2025 17:15
74
DÜNYA

Ərdoğan: İsrailin İrana qarşı hücumlarının fəlakətə çevrilməməsi üçün çalışırıq

Türkiyə İranın suverenliyinə və regionun təhlükəsizliyinə təhdid yaradan hücumları qəti şəkildə pisləyir.

Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, İsrailin İrana qarşı hücumlarının fəlakətə çevrilməsinin qarşısını almaq üçün çalışdıqlarını bildirib:

"Türkiyə olaraq regionun sabitliyinə zərər gətirən bu kimi hücumları, kim tərəfindən edilməsindən asılı olmayaraq, birmənalı şəkildə qınayırıq".