Ərdoğan parlament sədrləri ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Görüş zamanı Türkiyə Prezidenti parlament sədrlərini salamlayaraq, tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. O, Parlamentlərarası İttifaqın daşıdığı missiyanı yüksək qiymətləndirərək, 152-ci Assambleyanın parlament diplomatiyası çərçivəsində daha ədalətli və təhlükəsiz bir dünyanın, sülh və sabitliklə müşayiət olunan gələcəyin əsaslarının qoyulmasına töhfə verəcəyinə inamını ifadə edib.
Prezident Tayyib Ərdoğan parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində vacib rol oynadığını vurğulayaraq, dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Digər Xəbərlər
17 Aprel 2026 20:10
Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi
17 Aprel 2026 19:46
Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir - Kostanyan
17 Aprel 2026 19:26
Prezident və xanımı Antalyada Forumun açılışında iştirak etdilər - YENİLƏNİB
17 Aprel 2026 19:17


Bakı -°C

