Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır - Hikmət Hacıyev
Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:
"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".
H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.
"ABŞ–İran gərginliyi, eləcə də Rusiya–Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.
Digər Xəbərlər
16 May 2026 17:07
“İsrail Suriyada İŞİD terror təşkilatını fəallaşdırır”
16 May 2026 16:16
“Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb”
16 May 2026 14:16
“Xalqın içində olmaq, onunla sarılmaq insanı güclü edir”
16 May 2026 13:53
"Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır" - İlham Əliyev
16 May 2026 13:10
Prezident Anaklaudia Rossbaxı qəbul etdi - FOTOLAR
16 May 2026 11:25
“Türküstan zirvəsi ikitərəfli münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi”
15 May 2026 23:54
“Onlar dünyanı xaosa sürükləməyə çalışan təbəqələrin bir tərkib hissəsidir”
15 May 2026 23:47


Bakı -°C

