"Kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq bizi düşündürür" - Dövlət başçısı
"Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq".
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
"Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır", - Prezident qeyd edib.
Digər Xəbərlər
25 May 2026 17:22
Si Cinpin Prezidenti təbrik etdi
25 May 2026 17:00
Putin Azərbaycan xalqını təbrik etdi
25 May 2026 16:23
Prezident tapşırıq verdi - Azərbaycan 100 faiz özünü təmin etməlidir
25 May 2026 16:22
"Hökumətə tapşırıram ki, vəsait tapılsın və..." - Dövlət başçısı
25 May 2026 16:21
"Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır" - İlham Əliyev
25 May 2026 16:20
"Kəndlə şəhər arasındakı fərqlər azaldılmalıdır" - Prezident
25 May 2026 16:20
Dövlət başçısı ölkə üzrə qazlaşmanın səviyyəsini açıqladı
25 May 2026 16:19


Bakı -°C

