Bayram günlərində bu banklar işləyəcək
27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Adalet.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində işləyəcək Banklar , “Azərpoçt” MMC və Valyuta mübadilə məntəqələrinin siyahısı ilə hiperlinklər vasitəsilə tanış olmaq mümkündür.
Digər Xəbərlər
25 May 2026 17:48
Bu kreditlərin faizləri subsidiyalaşdırılacaq
25 May 2026 16:35
"Bu əmsal artmır, biz elə yerində sayırıq" - Prezident
25 May 2026 13:05
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır
25 May 2026 10:26


Bakı -°C

