Ərdoğan: Qarabağın azad edilməsi regionda yeni səhifə açıb
Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. “Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, - o vurğulayıb.
Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:22
Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTOLAR
25 Sentyabr 2026 13:17
"Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər..."
25 Sentyabr 2026 13:01
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır"
25 Sentyabr 2026 12:20


Bakı -°C

