Ərdoğan: Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər

Suriya xalqının azadlığına qarşı istənilən addımı atanlar önlərində Suriya xalqı ilə bərabər Türkiyəni də görəcək.
Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Əyalət Başçılarının Toplantısında çıxışı zamanı deyib.
Ərdoğan Suriyanın önündə xoşbəxt gələcəyə gedən qapının açıldığını ifadə edib.
“Türkiyə siyasi, diplomatik, hərbi və digər bütün müstəvilərdə hər zaman Suriyanın yanında olacaq”.
Türkiyə lideri Suriyanın yenidən müharibə meydanına çevrilməsinə imkan verməyəcəklərini vurğulayıb.
“Suriya torpaqlarına gözünü dikən hər bir kəsə bildirmək istəyirik ki, Türkiyə Suriyanın bu günə gəlməsində çox böyük zəhmətlər çəkib. Hər kəsin Suriyaya kürəyini çevirdiyi məqamda biz bunun əksini etdik. Allah bizə qardaşlıq imtahanından üzüağ çıxmağı nəsib elədi”.
Digər Xəbərlər

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçib

Tramp Müdafiə Nazirliyinin adını dəyişdi

Bu sammit 16 ildən sonra ABŞ-də keçiriləcək

"İsraillə müharibə ehtimalı çox yüksəkdir" - İran XİN

Rusiya XİN-dən Azərbaycanda saxlanılan vətəndaşları ilə bağlı daha bir AÇIQLAMA

Fələstinlilərin öz yerlərindən köçürülməsinə icazə verməyəcəyik

Hindistan Rusiya neftini almağa davam edəcək
