Yeni epidemiya qapıda: Hindistanda sağalmaz virus yayılır
Hindistan səhiyyə orqanları epidemiya potensialına malik, peyvəndi və ya müalicəsi olmayan Nipah virusunun yayılması ilə mübarizə aparırlar.
Adalet.az xəbər verir ki, bu barədə "The Metro" nəşri məlumat verir.
Məqalədə ölkədə beş yoluxma halının aşkarlandığı bildirilir. Bu həftə ərzində bir həkim, bir tibb bacısı və bir səhiyyə işçisi virusa yoluxub.
Qəzet xəbər verir ki, hazırda komada olan tibb bacısının ağır tənəffüs xəstəliyi olan bir xəstəni müalicə edərkən infeksiyaya yoluxduğu ehtimal olunur.
Nəşr aydınlaşdırır ki, hökumət orqanları yoluxmuş şəxslərlə təmasda olan 180 nəfəri testdən keçirib və onlardan 20 nəfəri karantinə alıb.
Nipah virusu heyvanlar və insanlar arasında yayılır, eyni zamanda, insandan insana da ötürülə bilər. Hindistanda bir çox insan yarasalar vasitəsilə yoluxur. İnsanlarda virus asimptomatik infeksiya və ya kəskin tənəffüs xəstəliyi kimi özünü göstərə bilər. Simptomlara qızdırma, başağrısı, əzələ ağrıları, qusma və boğaz ağrısı daxildir və ağır hallarda beyin iltihabı iki gün ərzində komaya səbəb ola bilər.
Qeyd olunur ki, virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən prioritet patogen (epidemiyaya səbəb olma potensialı olan) kimi təsnif edilib./Oxu.Az
Digər Xəbərlər
24 Yanvar 2026 11:20
Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2026 16:52
Azərbaycanla bu ölkə arasında ikiqat vergitutma aradan qaldırıldı
23 Yanvar 2026 13:50
“Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi...”
23 Yanvar 2026 12:54
Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
23 Yanvar 2026 12:46
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23 Yanvar 2026 12:44
"Söhbət artımdan yox, kompensasiyadan gedir" - Əli Məsimli
23 Yanvar 2026 12:38
Azərbaycanda “Palatalar haqqında” Qanun qəbul edilə bilər
22 Yanvar 2026 17:41


Bakı -°C

