Ərdoğan:Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər

Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər.
Adalet.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.
O bildirib ki, rəsmi Ankara “terrorsuz Türkiyə” hədəfi istiqamətində işlərini davam etdirir: “Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Onlar bu çağırışa şərtsiz əməl etməlidir. Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik”.
Ərdoğan qeyd edib ki, terrorçular vaxt itirmədən silahı yerə qoymalıdırlar: “Regional və qlobal siyasət, həmçinin daxildə cərəyan edən hadisələr bizə bu prosesi uğurla baş vurmaq üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradır”.
Digər Xəbərlər

ABŞ-İran növbəti yüksək səviyyəli danışıqlarının tarixi açıqlanıb

Rusiya Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazırdır

"Trampla təkbətək çox şeyi müzakirə etdik" - Zelenski

Roma Papası dəfn edilib - YENİLƏNİB

Kreml: Kursk vilayətinin azad edilməsi əməliyyatı başa çatıb

İranda limanda partlayış: xərasət alanlar var - YENİLƏNİB

Hindistan və Pakistan sərhədində vəziyyət gərgin olaraq qalır
