Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir:
“Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.
Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynadakı müharibənin bitməsi üçün öhdəsinə düşəni edir: “Biz müharibənin yox, sülhün tərəfdarıyıq. Nə varsa, sülhdə var. Müharibə ilə nəyəsə nail olmaq mümkün deyil”.
Digər Xəbərlər
05 Aprel 2026 20:20
Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü
05 Aprel 2026 20:19
“Onlara silah göndərdik, amma kürdlər özlərinə götürdülər” - Tramp
05 Aprel 2026 15:38
İsveçdə Epşteyn işinin araşdırılmasından imtina edildi
05 Aprel 2026 10:00


Bakı -°C

