Ərdoğan Trampla görüşdü

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş olub.
Adalet.az xəbər verir ki, görüş NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə toplantısı çərçivəsində Haaqada baş tutub.
Görüş zamanı Ərdoğan İsrail və İran arasında Trampın səyləri ilə əldə edilən atəşkəs razılaşmasını alqışladığını bildirib.
Liderlər həmçinin Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan görüş zamanı iki ölkənin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sahələrində böyük potensiala malik olduğunu, başda müdafiə sənayesi olmaqla əməkdaşlığın inkişaf etdirilməsinin 100 milyard dollarlıq ümumi ticarət həcmi hədəfinə nail olunmasını asanlaşdıracağını bildirib. O, İsraillə İran arasında ABŞ Prezidenti Trampın səyləri ilə əldə edilmiş atəşkəs rejimini alqışlayıb, onun daimi olmasını arzulayıb, Qəzzada baş verən humanitar faciənin tez bir zamanda sona çatması və Rusiya ilə Ukrayna arasında müharibənin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.
İki lider NATO-nun aparıcı müttəfiqləri kimi Alyansın çəkindirici gücünü möhkəmləndirmək üçün addımların atılmasını qeyd ediblər.
Digər Xəbərlər

HƏMAS-İsrail yaxın günlərdə atəşkəs sazişi imzalayacaq

Musson yağışları 125 nəfərin həyatına son qoyub

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyünə siyasi maneələr dərhal aradan qaldırılmalıdır

"Beynəlxalq məhkəməyə müraciət Bakının haqqıdır" - Peskov AZAL təyyarəsindən danışdı

Kreml: Rusiya-Azərbaycan münasibətlərindəki çətinliklər geridə qalacaq

Rusiya-Ukrayna dsnışıqları bu həftə davam edə bilər

"Almaniya Ukrayna üçün 5 milyard avro dəyərundə Patriot raketi alacaq"
