Ərdoğan: Türkiyə-ABŞ münasibətlərində yeni mərhələ başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən sonra iki ölkənin münasibətlərində yeni bir mərhələnin başlandığını bildirib.
Adalet.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
O, Türkiyə ilə ABŞ arasında dostluğun daha da möhkəmləndirildiyini vurğulayıb:
"Türkiyə ilə ABŞ arasında digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də əməkdaşlıq mövcuddur. Bu münasibətləri daha da inkişaf etdirmək məqsədilə aktual ikitərəfli məsələlər ABŞ ilə müzakirə olunur və bundan müsbət nəticələr gözləyirik. Donald Trampla görüşdə bununla bağlı müsbət siqnallar aldıq. F-35 məsələsini açıq və aydın şəkildə gündəmə gətirdik".
Ərdoğan qeyd edib ki, bəhs olunan istiqamətlər üzrə konkret addımların atılması üçün lazım olan texniki görüşlər bütün səviyyələrdə aparılır:
"Ümid edirik ki, nəticədə həm F-35 məsələsi həll olunacaq, həm də ABŞ-nin məlum sanksiyaları aradan qaldırılacaq".
Digər Xəbərlər
27 Avqust 2026 19:12
İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi
27 Avqust 2026 18:40
Amerika ağ kəpənəyinə qarşı mübarizə üçün hansı tədbirlər görülməlidir?
27 Avqust 2026 18:32
ABŞ daha bir aviadaşıyıcısını Yaxın Şərqə göndərir
27 Avqust 2026 18:26
Rusiya Ukraynanın itkilərini yenilədi
27 Avqust 2026 18:12
Baş nazirin müavini siyasətdən getdiyini açıqladı
27 Avqust 2026 17:51
350-yə yaxın insanın öldüyü daşqından dəhşətli görüntülər - VİDEO
27 Avqust 2026 17:47
Moskvada səfirliyimizin qonaq evi qarşısındakı təxribatın - VİDEOSU
27 Avqust 2026 17:45


Bakı -°C

