"Xankəndi Qafqazın yeni inkişaf və sülh mərkəzi olacaq" - Ərdoğan

"Görüşümüzün işğaldan azad edilmiş Xankəndidə keçirilməsi zirvə görüşümüzə xüsusi əhəmiyyət və məna verir".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Ərdoğan çıxışının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına sammitə ev sahibliyi etdiyinə görə təşəkkür edib: "Mən qardaşım İlham Əliyevin uzaqgörən yanaşması ilə bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına ürəkdən inanıram".
Ərdoğan İƏT-in bu günün dinamikası və ehtiyaclarına uyğun qurulması lazım olduğunu, əməkdaşlıq proseslərinin sadələşdirilməsinin və təşkilatın effektivliyinin artırılmasının ümumi maraqlara uyğun olacağını qeyd edib.
Ərdoğan Şuşanın 2026-cı il İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı seçilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin simasında bütün azərbaycanlıları təbrik edib.
Digər Xəbərlər

Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

"Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb" - Pezeşkian

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTOLAR

Prezident İsrail-İran qarşıdurmasında Azərbaycanın mövqeyini AÇIQLADI

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB
