Ərəb şeyxlərini varlandıran, izdihamlarda ölən hacılar: Tunel və "kran" faciəsi - 9
Bütün müsəlmanlara agahdır ki, Həcc Allahın vacib buyurduğu əməldir .
Odur ki, hər il onun icrası üçün milyonlarla müsəlman uca Allahdan günahlarının bağışlanmasını diləmək məqsədilə müqəddəs Kəbənin ətrafına toplaşır. Müxtəlif ayinlər yerinə yetirir, İslamın vacib şərtlərini həyata keçirirlər.
Amma müxtəlif zamanlarda hər zəvvara da bu ayinləri salamat başa vurmaq da qismət olmur.
Bilirsiniz ki, 2015-ci ilin 11 sentyabrında Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması hadisəsi baş verdi və burada da 107 zəvvarın ölümü 2 o qədər də insanın yaralanması hadisəsi baş verdi.
O vaxt ekspertlərin bir çoxu deyirdi ki, 11 sentyabr tarixində qəsdən törədilən bu faciə ABŞ kəşfiyyatının işidir. ABŞ kəşfiyyatı müsəlmanlardan Ben Laden tərəfindən partladılan qüllələrin və orada ölən xristianların qisasını alır.
Adalet.az xəbər verir ki, həmin ekspertlərin fikrini 11 sentyabr qisasından yayındırmaq üçün 13 gün sonra tarixin ən dəhşətli zəvvar faciəsi yaşanır. Beləki, 24 sentyabr 2015-ci ildə Səudiyyə Ərəbistanında, Məkkə şəhərinin yaxınlığında yerləşən Mina dağında ziyarət zamanı yaranan izdiham nəticədə 2431 zəvvar həlak olur, 437 nəfər isə yaralanır.
Həcc ziyarətində 2 milyon zəvvarolması faciənin miqyasını böyüdür və faciə o qədər böyük olur ki, doğrudanda 11 sentyabr qisası kimi anılacaq “kran aşması” hadisəsi unudulur.
Amma tarixdə buna bənzər hadisələr çox olub. 2 iyul 1990-cı ildə Səudiyyə Ərəbistanında, Məkkədə, Minada tuneldə yaranan izdiham faciəsində 1426 zəvvar həlak olub . Hadisə Məkkədən Mina və Ərəfata doğru gedən 550 metr uzunluğunda, 11 metr enində olan piyada tunelində olur.
1000 nəfərlik tunelə 5000 nəfər daxil olur, yaranan qarışıqlıqda havasızlıqdan və digər səbəblərdən zəvvarlar həyatlarını itirirlər.
Mənbələrdə deyilir ki, daha sonra - 1994-cü ildə yenə şeytan daşlaması vaxtı 270 zəvvar izdihamda əzilərək dünyasını dəyişir.
Aradan cəmi 3 il keçəndən sonra -1997-ci ildə Mina çölündə 70 minə yaxın çadırın yanması ilə nəticələnən yanğında 343 zəvvar dünyasını dəyişir, 1 300 nəfər isə müxtəlif dərəcəli xəsarət alır.
Amma 1998-ci ildə "Cəmarat” körpüsündə yaranmış izdiham zamanı 119 zəvvar dünyasını dəyişməsi əvvəlkilərə nisbətdə miqyası kiçik faciə kimi yaddaşlarda qaldı..
2001-ci ildə də yenə həmin ərazidə 40 zəvvar dünyasını dəyişir. Həmçinin eyni ildə daha 35 zəvvar şeytan daşlama ayini vaxtı izdiham nəticəsində vəfat edir.
2003-cü ildə daha 14 zəvvar izdihamda ölür. 2004-cü ildə şeytan daşlama ayinindən qayıdan 244 zəvvar yaranan izdihamda əzilərək dünyasını dəyişir. Amma tam 2000-ci ildən sonra bu tip hadisələr miqyası kiçik də olsa, mütəmadi yaşanır və hər il yüzlərlə zəvvar bu hadisələrin qurbanı olur.
Elə bu ildə xeyli zəvvar Ərəbistan çöllərində canını tapşırdı. Beləki, Səudiyyə Ərəbistanı hakimiyyəti bildirib ki, bu il Həcc ziyarətinin başlandığı vaxtdan (7 iyun) bir neçə yüz zəvvar istidən və xəstəlikdən ölüb.
Bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacel deyib ki, Həcc ziyarəti zamanı şiddətli istilər səbəbindən ölən zəvvarların sayı 1301-ə çatıb.
“Ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir “Əl-İxbariyyə” dövlət telekanalında bildirib.
Onun sözlərinə görə, şəxsiyyəti dəqiqləşən bütün dünyasını dəyişən zəvvarlar Məkkədə dəfn olunub.
Qeyd edək ki, Həcc ziyarəti zamanı Kəbədə 52 dərəcə istilik qeydə alınıb.
P.S. Bu il 1500 Azərbaycanlı zəvvar 5850 ABŞ dolları (10 min manat) sərf edərək Həcc ziyarətinə gedib. Amma o ziyarətə gedib harınlamış, acgöz ərəb şeyxlərinin ciblərini doldurmaqdansa 10 min manat verib Azərbaycanda yaşayan xəstə, əlil, imkansız soydaşına sərf etsə dövlətimiz və xalqımız qazanardı, qazilərimiz qazanardı. Allaha and olsun ki, gedib Həccdə şeytan daşlamadan daha çox bu əməliniz Allahın xoşuna gələr. Axı, Allah hər şeyi görən və biləndir.
Əntiqə Rəşid