Keşlə bazarı sökülür...
Bakıda Keşlə bazarı kasıblarıb bazarı kimi tanınır. Heç orada işləyənlər də bir o qədər varlı deyillər.Onların hamısı işlədikləri yeri icarəyə götürüblər. Yəni bu obyektlər alver edən adamların mülkiyyəti deyil. Özü də bu bazarda digərlərilə müqayisədə ucuzluqdur. İndi bir neçə gündür ki, burada işləyən insanların kürkünə birə düşüb. Yəni bazarın rəhbərliyindən bildirilib ki, ayın axırına qədər ordan çıxsınlar.
Çünki bazar söküləcək və buradan böyük yol çəkiləcək. Bazarda işləyənlər deyirlər ki, bu, az vaxtdır.On- oniki günə buradan çıxa bilməyəcəklər. Ən azından onlara martın axırına kimi vaxt verilməlidir.Bazardakılar onu da deyirlər ki, həmin yerdə iki min adam işləyir və evinə çörək aparır. Və burada onların tonlarla məhsulu var, hara aparsınlar. Bazarda alver edən Nazim Əhmədov deyir ki, Göyçaydan 130 ton nar alın gətirib ki, yeni ildə satıb, balalarına çörək qazansın.Bəs bu məhsulu hara aparsın? 60 yaşlı Gülnar Məmmədova da əlində qalan müxtəlif turşuladan ürəkağrısı ilə danışır
Bildirir ki, 2 tona yaxın turşunu bilmir ki, kimə versin və neçə satsın. Həmin yerdən yol çəkmək istəyən l Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən isə bildirilir ki, bazar mütləq söküləcək və bu barədə bazar rəhbərliyinə altı ay bundan əvvəl xəbər verilib, sadəcə olaraq rəhbərlik bazarda işləyənləri vaxtıda məlumatlandırmayıb. Göründüyü kimi, hərə özünü haqlı sayır. Amma ən böyük haqqı olan bazarda işləyən zəhmətkeş insanlardır. Və onların da haqqı tapdanır.Bazar sökülür, sökülsün, ancaq yüzlərlə inasanın haqqına gırilməsin və onlar heç bir ziyan görmədən başqa bazarlarda yerləşdirilsin!..
Emil Faiqoğlu