Qulu AĞSƏS: Canım Vətən
Canım Vətən,
səninlə
düz-əməlli kəlmə kəsməmişik
indiyətən,
kəssək, soruşardım:
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin,
niyə süngülərin
yalın ayaqla qalxdığı
Ruh yüksəkliyinə
hazır maşınla çıxa bilmir
heç kəsin qələmi?!
Canım Vətən,
adamların başına darısı,
bircə bitkilər bilir fanidi həyat
diriykən torpağa basdırır yarısın...
Canım Vətən,
elə bilmə, görmədim,
şəhid evində
(bayraqdan başqa!)
hər şey köhnədi...
Canım Vətən,
and olsun ikinizin canına,
burdan başqa heç harda yoxdu
göz dəyməsin deyə
şikəst balasının
başına duz çevirən ana...
Səni necə qurmuşuq,
canım Vətən:
bir vətən daş altdan,
bir vətən daş üstdən!..
Hərdən aramız dəyir
“niyə”sini indi deyirəm:
sən
vətənpərvər şeir istəyirsən,
mən
şeirpərvər vətən istəyirəm,
canım Vətən...
Digər Xəbərlər
03 Noyabr 2026 13:38
Əbülfət Mədətoğlu Poeziyasına Ədəbi-Bədii Baxış
03 Noyabr 2026 13:05
YADDAŞIMI ÖLMƏYƏ QOYMAYAN XATİRƏ - Kamran Nəzirli yazır
03 Noyabr 2026 13:02
“Ulduz”un oktyabr sayı - Xaqani Şirvanini - 900
03 Noyabr 2026 10:23
Əbülfət Mədətoğlu: TƏLƏSDİ BU PAYIZ
02 Noyabr 2026 22:01
Çingiz Abdullayev: "40 il öncə Nailə xanımı atam sevirdi, indi də mən sevirəm" - VİDEO
02 Noyabr 2026 16:34
Ceyhun Ağabəy: Saxta səmimilik...
02 Noyabr 2026 10:33
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
02 Noyabr 2026 10:22


Bakı -°C

