"Erməni dilinə pərəstiş edən Corc Bayron" yalanlarının "şərəf günü": Saxtakarlığın əsli
2 dekabr ermənilər üçün az qala “şərəf günü” kimi qeyd edilir.
Hər xırda detaldan saxta və gülünc “ möhtəşəm erməni tarixi” yaratmağı genetik olaraq özünə hobbi edən ermənilər bu tarixi də xəyal ürünlərindən ibarət “gerçeklik” kimi fəxrlə qeyd edirlər.
Deməli, bir ingilis romantik şairi var. İki əsr bundan öncə olduğu kimi bu gün də ingilis şairi Corc Qordon Bayronun yaradıcılığı, əsərlərinin dili və poetikası, ədəbiyyatda bayronizm ictimai əhvali-ruhiyyəsi dünya ədəbiyyatşünaslığının və dilçiliyinin diqqət mərkəzində qalır. 1788-ci ildə anadan olub, 1798-ci ildə babasının qardaşından 10 yaşlı Bayrona miras kimi lord titulu və Nottingemşir qraflığındakı Nyusted malikanəsi verilir. Cəmi 36 il yaşayıb, yəni 1824-cü ildə ölüb. Adının qarşısında Lord olması da onu Lordlar palatasının üzvü edir.
Professor Ramazan Siracoğlu araşdırmalarında yazır ki, Corc Bayron (1788- 1824) türklərə qarşı vuruşub türk qanı axıtmaq üçün könüllü olaraq yunanlar tərəfdən savaşa qatılmışdı.
Ermənilər uzun illərdir iddia edirlər ki, həmin bu lord 1816 - cı ildə erməni dilini öyrənmək və erməni ədəbiyyatı ilə tanış olmaq üçün Venesiyaya gəlib .
Yeri gəlmişkən, 2019-cu ildə Avstraliyanın məşhur jurnalı Venesiyanın məşhur Müqəddəs Lazar adası haqqında məqalə dərc edib .
Məqalədə bu kəndə xüsusi məhəbbət bəsləyən məşhur ingilis yazıçısı Corc Bayrondan bəhs edilir. Ermənilər bu faktdan da öz xeyirlərinə istifadə etməzlərmi? Erməni mediası həmin məqalədən dərhal sonra yazır ki, C.Bayron məhz burda -Venesiyadakı Müqəddəs Lazar adasının Mxitaryan erməni icması ilə əlaqələr qurur:”Bayron erməni dilini öyrənməyə başlayır və onun erməni müəllimi Harutyun Avgeryan da bunu xatırlayır”.
Hətta guya Bayron 1816-cı ildə yazırmış ki, mən bacardığım qədər mənimsədiyim erməni dilini öyrənməyə başlamışam və öyrənməyə də davam edirəm:” Hər gün bir erməni monastırına gedirəm ki, alim bir rahibdən dərs alıram və bu barədə artıq unikal və faydalı məlumatlar əldə etmişəm. o şərq xalqının ədəbiyyatı və adət-ənənələri. Onların burada bir qurumu var: kilsə və doxsan rahibdən ibarət bir yığıncaq. Onların bəziləri çox alim və savadlı insanlardır. Onların həm də mətbəəsi var və öz millətlərini maarifləndirmək üçün böyük səylər göstərirlər " .
Ermənilərin havadan-sudan tarix quraşdıran araşdırmaçıları yazır: Bayron erməni xalqının faciəli tarixindən təsirlənmişdi, lakin erməni mədəniyyətinə və Mxitaryan yığıncağının elmi atalarına, xüsusən də Paskal adlandırdığı müəllimi Harutyun Aveqeryana heyran idi. Onlar birlikdə ingiliscə-ermənicə, erməni-ingiliscə qrammatik dərsliklər və ingilis-erməni lüğəti ("İngilis və erməni dillərində qrammatika" (1817), "Ermənistan və ingiliscə qrammatika" (1819), "İngilis və erməni dillərində lüğət" hazırlayıb nəşr etdirdilər. (1821)). Bundan əlavə, Bayron erməni biblioqrafiyasından bəzi tərcümələr etmişdir. İngilis-erməni qrammatikası dərsliyi şairin maliyyə dəstəyi ilə nəşr olunub. Əlaqələri ilə o, kitabın yayılması və satışına da kömək edir”.
Daha sonra erməni mediası yazır: "Erməni-ingilis kitabı üçün isə Bayron Harutyun Avgeryanın xahişi ilə ön söz yazır və burada xüsusi olaraq deyir:“ Bu insanlar varlı və nəcib bir xalqın, yəhudilər və yunanlar kimi sürgün edilmiş və əsarətə salınmış, birincinin özünü təcrid etmədən, ikincinin köləliyi olmayan bir xalqın dindar insanlarıdır.
Bu xalq zülm etmədən varlandı və müzakirəsiz qulluqda şərəfləndi. Amma onun yeri çoxdandır ki, son vaxtlar saysız-hesabsız məskənlərini çoxaldan “əsir evi”dir. Fəzilətləri pasifizmin, pislikləri isə zülmün nəticəsi olan ermənilərdən daha nüfuzdan salan cinayətlərdən azad bir xalqın salnaməsini bəlkə də tapmaq çətin olardı. Amma onların taleyi nə olursa olsun, acı olub, gələcəkdə nə olursa olsun, onların ölkələri şübhəsiz ki, dünyanın ən maraqlı ölkələrindən biri olaraq qalacaq və bəlkə də dilləri daha cəlbedici olmaq üçün daha dərindən öyrənilməyi tələb edir. Güvəniriksə s. Kitaba görə, cənnət Ermənistanda idi, Ermənistan öz torpağının keçici münasibətinə görə onun tozundan yaranmış bir insanın xoşbəxtliyi üçün Adəm nəsilləri kimi baha qiymətə ödəmişdir. Məhz Ermənistanda sel öz yerini verməyə başladı və göyərçin endi. Amma o məmləkətin fəlakəti bitəndə cənnət hələ yox olmamışdı, çünki uzun müddət qüdrətli bir səltənət olmasına baxmayaraq, demək olar ki, müstəqil olmayıb, fars satrapları və türk paşaları da eyni şəkildə Allahın yaratdığı torpağı çeviriblər. insan öz surətində səhraya.
Lakin siyasi mülahizələrə görə şairi incidən və Mxitaryan yığıncağı ilə əməkdaşlığı dayandıran bu ön söz nəşr olunmadı. Kitabın çapı üçün vəd olunan pulu da vermir".
Deməli, ermənilər quraşdırdıqları yalana elə inanırlar ki, başqalarını da inandırmağa məcbur edirlər . Deyirlər ki, əslən erməni olduğu deyiilən,(amma Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, ATU-nun İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinski araşdırmasında milliyyətcə türk kimi qeyd edilən) məşhur rəssam İvan Ayvazovski Corc Bayronun Müqəddəs Lazara səfərləri mövzusuna da toxunub. 1899-cu ildə böyük dəniz rəssamı özünün məşhur " Bayronun Müqəddəs Lazar adasında Mxitariyalılara səfəri " adlı tablosunu yaradır , o, hazırda Ermənistanın Milli Qalereyasında saxlanılır.
Amma məşhur tarixçi, erməni əsilli tədqiqatçı Filip Ekozyans Lord Corc Bayronun “erməni” uydurmasını 2021-ci ildə açıqlaması ilə darmadağın etdi. Ekozyans yaydığı videosüjetdə dünya şöhrətli britaniyalı lordun “erməni dili” qrammatikasının müəllifi olmadığı, həmçinin bu dili normal öyrənə bilmədiyi barədə sübutlar və foto-faktlar gətirib.
“Ermənilərə öyrədiblər ki, guya həmin lord “qədim erməni mədəniyyəti”nin vurğunu olub və guya erməni dilini mükəmməl öyrənərək, hətta bunların qrammatikalarının müəllifi də olubmuş. Qeyd edək ki, Bayron haqqında Vikipediyada da bu saxta məlumat yer aldıb.
Əslində o, cəmi 3 ay erməni dilini öyrənməyə cəhd edib və həmin vaxtlar yazdığı məktublarda bu işin onda heç də yaxşı alınmadığını qeyd edib.
Bayronun Tomas Mura yazdığı məktubdan (5 dekabr 1816-cı il):
“Mən erməni dilini əyləncə kimi oyrənmək istəyirdim...”
Lord üçün erməni dili çox çətin gəlirdi. Bayronun Con Hobhauza məktubundan (19 dekabr 1816):
“Bu müddət ərzində mən otuz səkkiz ilan-qurbağaya oxşayan erməni hərfindən 30-u ilə tanış oldum və bir hecadan ibarət bir neçə söz öyrəndim”.
İndi əziz erməni qardaşlarım, mənim bir sualıma cavab verin: Bayron erməni dilini bilə, erməni dilini tərcümə edə, erməni qrammatikasının müəllifi ola bilərmi? Mənim üçün cavab aydındır və bu cavab kəsinliklə YOX-dur”, - deyə Ekozyans bildirib.
Hazırda ermənilər “yüksək elit xalq”, “ağıllı xalq nağılları” quraşdıraraq dünyanı öz yalanlarına inandırmağa müyəssər olublar. Bu dəqiqələrdə erməni kilsələri Corc Bayronun ruhuna dualar oxuyurlar.
P.S. Amma neynəsələrdə, Google (Quql) axtarış sistemi erməniləri dünyanın ən alçaq xalqı kimi tanıyıb. sözügedən axtarış sisteminə rus dilində “caмый подлый народ в мире” yazdıqda erməni xalqı və Ermənistan barədə məlumat gəlirdi.
Əntiqə Rəşid