Gəncədə ölümlə nəticələnən qəza ilə bağlı “BakuBus”dan AÇIQLAMA
Bu gün Gəncədə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı "BakuBus" MMC açıqlama yayıb.
Adalet.az xəbər verir ki, açıqlamada deyilir:
"Bu gün saat 16:17 radələrində "BakuBus" MMC-nin istismarında olan, Gəncə şəhərində 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 77-JZ-618 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə Mirzə Şəfi Vazeh küçəsi 15 ünvanında yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, avtobus sərnişinlərin minib-düşməsi zamanı dayanacaqda olarkən digər nəqliyyat vasitəsi avtobusun arxa hissəsinə çırpılıb.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib və hazırda araşdırma aparılır. "BakuBus" olaraq digər yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq".
Digər Xəbərlər
27 Noyabr 2025 22:42
"20 Yanvar"da yaranmış sıxlıq aradan qaldırıldı - FOTOLAR + YENİLƏNİB
27 Noyabr 2025 12:25
İmişlidə üç avtomobil toqquşdu, xəsarət alanlar var
27 Noyabr 2025 11:10
Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb
27 Noyabr 2025 10:50
Abşeronda maşın aşıb, ölən var - ANBAAN VİDEO
26 Noyabr 2025 17:02
Bakıda yanan maşın söndürülüb - YENİLƏNİB
25 Noyabr 2025 19:15
“Soyuq əllər, isti ürək”də köşk YANDI - VİDEO
25 Noyabr 2025 11:25
Bakıda DƏHŞƏT: Ana 3 günlük körpəsini dənizə ataraq öldürdü
25 Noyabr 2025 11:00


Bakı -°C

