Bakıda “Mövsüm Yarmarkası” təşkil olunacaq
28 noyabrdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda həftəsonları “Mövsüm Yarmarkası” keçiriləcək.
Adalet.az xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.
Yarmarkada 30-a yaxın regiondan iştirak edəcək 55-ə yaxın fermer 120-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Burada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə bilərlər.
Yarmarka həftəsonu 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.
Qeyd edək ki, “Mövsüm Yarmarkası”-nda fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Digər Xəbərlər
27 Noyabr 2025 12:31
Sabah 17 dərəcə isti olacaq
27 Noyabr 2025 12:17
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı
27 Noyabr 2025 12:03
"Bakubus"ın ilk qadın sürücüləri sükan arxasında - VİDEO
27 Noyabr 2025 11:15
“Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir...”
26 Noyabr 2025 17:58
Heyvan bazarlarında rekonstruksiya işləri nə yerdədir? - VİDEO
26 Noyabr 2025 16:05
Kəlbəcər şəhərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
26 Noyabr 2025 14:16
Böyük Qayıdış həm də xatirələrə, köklərimizə qayıdışdır - VİDEO
26 Noyabr 2025 12:39


Bakı -°C

