Erməni mediası: "İranla münasibətlərdə istifadə olunmamış böyük potensial var, məqsədimiz.."
İranlı mütəxəssislər bilinməyən məqsədlər, açıqlanmayan planlarla Qafana səfər ediblər. Burada iranlı mütəxəssislər Zəngəzur mis-molibden zavodunda və Şimal-Cənub magistralının tikinti sahələrində olublar.
Adalet.az xəbər verir ki, yenidən İran və Ermənistan arasında istiləşən münasibət erməni mediasının da gözündən yayınmayıb.
Beləki, "Hraparak" nəşri məsələyə belə yanaşıb: "Son bir ildə İran tərəfi ilə həm vilayətdə, həm də İrəvanda müxtəlif departamentlərdə müxtəlif görüşlər keçirilib ki, bu görüşlərdə müxtəlif sahələrə, əsasən yol tikintisi, mədənçıxarma və s. müzakirə olunub.
Ermənistan Respublikası ilə İran arasında münasibətlərdə istifadə olunmamış böyük potensial var və müxtəlif formatlarda keçirilən görüşlər və tədbirlər həmin potensialı üzə çıxarmaq və reallaşdırmaq məqsədi daşıyır".
Qeyd edək ki, bu ilin fevralında İran və Ermənistan arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasında 19 sahə üzrə 21 bəndlik sənədi imzalanıb.
Əntiqə Rəşid