İspaniyada daşqın qurbanlarının sayı artdı
İspaniyada daşqınlar nəticəsində həlak olanların sayı 219-a çatıb, qurbanların böyük əksəriyyəti Valensiya muxtariyyətində qeydə alınıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cadena SER radiostansiyası məlumat yayıb.
Məlumata görə, itkin düşənlərin sayı 93-ə çatıb. Eyni zamanda, hakimiyyət təbii fəlakət nəticəsində ölənlərdən 54-nün hələ də şəxsiyyətinin müəyyən edilmədiyini bildirib.
Bundan əvvəl 217 nəfərin öldüyü, 89 nəfərin itkin düşdüyü bildirilirdi.