Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Ernan Krespo ilə yolları ayırıb
Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Əyn" baş məşqçisi Ernan Krespo ilə yolları ayırıb.
Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssis Kriştianu Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"ə Asiya Çempionlar Liqası matçında 1:5 hesablı məğlubiyyətdən sonra postunu tərk etmək qərarına gəlib.
Qeyd edək ki, E.Krespo "Əl-Əyn"i 2023-cü ilin noyabrından çalışdırırdı. Argentinalı sabiq hücumçunun rəhbərliyi altında Asiya Çempionlar Liqasının qalibi olmuş "Əl-Əyn" hazırda turnir cədvəlində səkkizincidir. Mütəxəssis sabiq komandasının "sükanı arxasında" bu mövsüm 47 oyunda 23 qələbəyə sevinmişdi.
Digər Xəbərlər
05 Aprel 2026 09:10
"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı
04 Aprel 2026 15:09
Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15


Bakı -°C

